Dünya

Rusiya ordusu Donetski çayı üzərində darmadağın edildi: 58 tank, yüzlərlə ölü

Rusiya Ukraynada daha bir ağır zərbə alıb. JAMAZ.İNFO xəbər verir ki, 77 gündür davam edən müharibədə çoxlu sayda hərbi texnika və canlı qüvvə itirən Moskva, növbəti zərbəsini dünən alıb.

Belə ki, Donetski çayını keçərək, Ukrayna ordusunu mühasirəyə almağa çalışan ruslar, tələyə salınaraq, darmadağın edilib. Tampon körpüdən istifadə edən rus hərbçiləri pusquya düşdükdən sonra geri çəkilməyə belə macal tapmayıblar.

Məlumata görə, Ukrayna ordusu əvvəlcə tampon körpünü vuraraq, sıradan çıxarıblar. Daha sonra isə çayı keçmiş rus ordusuna artilleriya və aviasiya zərbələri endiriblər. Rus əsgərləri canlarını qurtarmaq üçün özlərini çaya atsalar da, bir çoxu xilas ola bilməyib.

Döyüş əməliyyatından sonra meydanda 58 rus tankı və hərbi maşınının sıradan çıxarıldığı, yüzlərlə ölünün olduğu məlum olub.

İngiltərə mediası bu hadisəni “Putinin döyüş meydanında son utancı” başlığı ilə yayımlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button