Dünya

Rusiya 300 minlik ordu ilə Ukraynaya hücum edəcək

Rusiya Ukraynaya qarşı ikinci irimiqyaslı hücuma hazırlaşır.

Jamaz.info  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayının keçmiş komandiri Maksim Jorin bildirib.
Onun sözlərinə görə, işğalçılar üç istiqamətdə hücuma keçəcəklər.
RADİO NV-yə müsahibəsində Jorin bildirib ki, Moskva səfərbərlik nəticəsində yaratdığı hərbi birləşmələrin sayını nəzərə alaraq, yeni hücumla bağlı qərar verəcək: “Bu hərbi birləşmələr peşəkar deyil, lakin onların sayı çoxdur”.
“Biz onların sərxoş halda uzanmasına, dava-dalaş etmələrinə güləndə onlar səfərbərbərliyə alınan bu adamlara təlim keçir, yeni birliklər formalaşdırırırdılar”, – Jorun deyib.
“Azov”un keçmiş komandirinin sözlərinə görə, Rusiya 300 mindən çox əsgəri səfərbər edə bilib. Onları silahlanacaq və yeni hücum üçün hərbi texnika ilə təmin edəcəklər.наступления.
Jorin bildirib ki, rus işğalçıları hücum üçün bu istiqamətlərdən birini – ya Xarkov vilayəti, ya Kiyev, ya da qərb rayonlarını seçəcəklər.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button