Dünya

Rusiya 15 hərbi gəmisini Xəzərdən çıxardı

Rusiya Xəzər dənizindən hərbi donanmasına məxsus 15 gəmisini çıxararaq, Qara dənizə aparıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Məlumatda deyilir ki, Xəzərdən çıxarılan gəmilərdən 3-ü artilleriya qurğuları ilə təhciz olunub. 8 gəmi isə desant qüvvələrinin çıxarması üçün nəzərdə tutulandır.

Hazırda həmin gəmilərin Volqoqrad, Kkalaç-na-Don, Volqodonsk və Semikarakorsk şəhərlərindən keçərək, Qara dənizə doğru üzürlər.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, gəmilərin Qara dənizə daşınmasında məqsədləri qışdan sonra gəmilərin döyüş hazırlıqlarını və Cənub Hərbi Dairəsinin hərbi hazırlıq vəziyyətini yoxlamaqdır.

Əslində isə Rusiyanın məqsədi Ukrayna ətrafında yaranmış gərginliklə bağlıdır. Belə ki, Rusiya öz donanmasını Krım sahillərinə çıxarmaqla, gələcəkdə başlayacaq müharibə zamanı əlavə cəbhə açmaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button