Dünya

Rus komandandan PKK-ya xəbərdarlıq: “Geri çəkilin, yoxsa türklər gələcək”

Türkiyə PKK/YPG terror təşkilatına qarşı Ssuriyada həyata keçirdiyi əməliyyat bölgədəki ABŞ və Rusiya hərbi kontingentlərinin komandanlarını hərəkətə gətirib. JAMAZ.İNFO Livanda nəşr olunan “Al Mayadeen” qəzetinə istinadən xəbər verir ki, dünən Rusiyanın Suriyadahı hərbi birləşmələrinin komandanı Aleksandr Çaykov PKK-nın yerli nümayəndəsi Mazlum Abdi ilə görüşüb.

Qəzet bildirir ki, Suriyanın Haseke qəsəbəsində baş tutan görüşdə Çaykov Abdiyə Rusiya tərəfinin mesajlarını çatdırıb. “Etibarlı mənbələrdən alınan xəbərə görə, rus tərəfi Türkiyənin Suriyada quru əməliyyatlara başlamasını önləmək üçün bölgədəki kürdlərə xəbərdarlıq edib. Həmin xəbərdarlıqda deyilib ki, əgər PKK/YPG geri çəkilməsə Türkiyə ordusu bölgəyə daxil olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button