Dünya

Robert Hamilton: “ABŞ-ın Qafqazda möhkəmlənməsi üçün yaxşı fürsət yaranıb”

“Vaşinqtonun Qafqazda fəaliyyətinin motivlərindən biri də İrəvanda məyusluğa səbəb olan son Ermənistan-Azərbaycan sərhəddində baş verən toqquşmalar fonunda Rusiya və KTMT-dən Ermənistana dəstəyin olmamasıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu amerikalı hərbi analitik Robert Hamilton deyib.

Onun sözlərinə görə, ABŞ özü üçün yaxşı fürsət görür və Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün bundan istifadə etməyə çalışır.O qeyd edib ki, Cənubi Qafqaz bütün Qara dəniz regionunun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir və regionda daha geniş təhlükəsizlik və sabitlik ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh prosesində daha fəal iştirakının digər səbəbidir.“Türkiyə Azərbaycanın müttəfiqi və himayədarı kimi görünür və Ankara Cənubi Qafqazda sülh istədiyinə qərar verərsə, Azərbaycanı sülh axtarmağa məcbur edə bilər. Bu gün Ermənistan və Türkiyə “futbol diplomatiyası” dövrü ilə müqayisədə bir-birinə daha da yaxınlaşıb. Bu gün Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Moskvanın Cənubi Qafqaz regionunda rolu əhəmiyyətli dərəcədə azalıb və bu, Ermənistanın da mövqelərinin zəifləməsinə gətirib çıxarıb”.

Ekspertin fikrincə, Rusiya tərəfini həqiqətən narahat edə biləcək yeganə hadisə Ermənistanın KTMT-yə üzvlüyünün dayandırılmasıdır ki, onlar bunu çox ciddi qəbul edəcəklər.

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kennet Yalovitz də öz növbəsində Praqada keçirilən dördtərəfli görüşü, eləcə də Ermənistan və Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının yerləşdirilməsi qərarını irəliləyiş adlandırıb və əmin olduğunu bildirib ki, bu praktiki addımlar etimad və sülhün yaranmasına kömək edə bilər. Onun fikrincə, son toqquşmalar qeyri-sabitlik yaradıb və xarici qüvvələrin nəzarəti olmadan proseslərin necə gedəcəyi məlum deyil. “Aydındır ki, çoxlu suallar qalıb”.

Kennet Yalovitz Rusiyanın Ukrayna ərazilərini işğal etməsini Aİ və ABŞ-ın Cənubi Qafqaz regionunda fəaliyyətlərini bərpa etmək üçün yaxşı fürsət adlandırıb. “Bir neçə il əvvəl tərəflər arasında müharibə başlayanda atəşkəsə nail olub sülhməramlılar göndərən Rusiyadan və regionda öz təsirini açıq-aşkar artıran Türkiyədən fərqli olaraq, Qərb, ümumiyyətlə, bölgədə yox idi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button