Dünya

Rəisidən Baydenə cavab: “İran bir daha sizin üçün sağmal inək olmayacaq”

Xəbər verildiyi kimi, bu gün ABŞ prezidenti Co Bayden Kaliforniya ştanında çıxışı zamanı İranda baş qaldırmış etirazlara dəstək verəcəklərini, habelə İranı molla rejimindən xilas edəcəklərini bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, Baydan “tezliklə Tehranı azad edəcəyik. İran xalqları azad olacaq” deyə bildirib.

İranın prezidenti İbrahim Rəisi isə bu gün “Tələbələr günü” adlı tədbirdə çıxış edərək, Baydenə cavab verib. O deyib ki, ABŞ prezidentinin nə deməsi onun üçün elə də ciddi əhəmiyyət daşımır. “İran 43 il öncə azad olub. Bundan sonra da sizin əsarətinizdə olmayacaq. Sizin Suriya, Əfqanıstan, İraq və Yəməndə törətdiyiniz cinayətlər gözümüzün qarşısındadır. Lakin biz qarşınızda baş əyməyəcəyik. İran bir daha sizlər üçün sağmal inək olmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button