Dünya

Rəisi Putinə dəstəyini ifadə edib

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Jamaz.info
 xəbər verir ki, bu barədə “Kremlin” məlumat yayıb.
Bildirilib ki, İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyini tam dəstəklədiyini bildirib.
Ticarət, energetika və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki surətdə həyata keçirilməsi vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Transqafqazda sabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub.
Vladimir Putin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button