Dünya
Qriqoryan ABŞ-a yollanır – Kimlərlə görüşəcək?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfər edəcək.
Jamaz.info xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Bildirilib ki, səfər zamanı onun ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli rəsmilərlə görüşləri planlaşdırılır.
Qriqoryan Vaşinqtonda Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığını müzakirə edəcək.