Dünya

Qazaxıstan Türkiyəyə xilasedicilər göndərdi

Türkiyədə baş verən zəlzələdən sonra dünya ölkələrindən göndərilən yardımlar davam edir.

Jamaz.info “Kazinform”a istinadən xəbər verir ki, Qazaxıstanın xilasedicilərini daşıyan təyyarəsi Türkiyəyə eniş edəcək.

Bildirilib ki, xilasediciləri Qazaxıstanın Türkiyədəki səfirliyinin əməkdaşları və dövlət rəsmiləri qarşılayacaq. Onlar qarşıda görüləcək işlərin gedişatını müəyyən etməyə və birbaşa işlərin görülməsinə kömək edəcəklər.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button