Dünya

Qasırğa onlarla can aldı: Səkkiz vilayətdə altı aylıq fövqəladə vəziyyət elan edildi

Peruda tropik “Yaku” qasırğasının yaratdığı daşqınlar nəticəsində 65 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.

Peru mətbuatında yer alan xəbərə görə, paytaxt Lima başda olmaqla ölkənin bir çox şəhərində təsirli olan qasırğa sel və yüzlərlə dağıntıya səbəb olub.

Təbii fəlakətdən 66 853 nəfər zərər çəkib, onlarla məktəb, sağlamlıq mərkəzləri, körpülər, 640 kilometr yol zədələnib. 11 çayın axını təhlükəli həddə çatıb.

Hökumət təbii fəlakətdən ən çox zərər çəkmiş 8 bölgənin 154 rayonunda 6 ay müddətinə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button