Dünya

Qarabağda gərginlik böyüyür: separatçı rejim ləğv ediləcək?

Qarabağdakı separatçı-terrorçu rejimin daxilində çaxnaşma davam edir. Qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyanın istefa verəcəyi, eləcə də separatçıların “başçısı” Araik Arutyunyanın da Azərbaycan ərazilərini tərk edəcəyinə dair məlumatlar yayıldı. Lakin Vardanyan istefa xəbərlərini təkzib etdi. Hazırda siyasi intirqalar və təşvişin səngimədiyi haqda məlumatalar var.

Jamaz.info xəbər verir ki, Ermənistan mediası dünən separatçıların qondarma “təhlükəsizlik şurası”nın iclasının keçirildiyini yazıb. Detallar açıqlanmasa da, istefa məsələlərinin müzakirə edildiyi istisna deyil.

A.Arutyunyanın Vardanyanı istefaya məcbur etdiyi, daha sonra özünün də istefa verəcəyi deyilir.

Erməni mənbələr Arutyunyanla Vardanyan arasında qarşıdurmanın qızışdığını yazır. “Pastinfo” saytının məlumatına görə, Araik Rubenə “birlikdə istefa verməyi” təklif edib.

“Lakin bu halda Araik Arutyunyan “səlahiyyətlərini” icra etməyə davam edəcək. Vardanyan isə istefa verməkdən imtina edib, bundan sonra qarşıdurma daha da kəskinləşib”, – sayt yazır.

“Hraparak” nəşri isə yazır ki, Vardanyan istefa verməkdən imtina etsə də, onun getməsi məsələsi hələ də aktualdır.

“Ermənistan hakimiyyəti Qarabağda “daxili məsələlərlə” qarışmadığını desə də, əslində Vardanyanın gedişini Paşinyan istəyib. Vardanyanı oradan uzaqlaşdırmağa çalşırlar və bu məsələdə Bakı ilə İrəvanın mövqeyi üst-üstə düşür. Faktiki olaraq, Qarabağda anarxiya yaranıb və bu işdə Arutyunyanın xidməti böyükdür”, – nəşr yazır.

Separatçıların qondarma “parlamentinin” “xarici əlaqələr komitəsi”nin keçmiş sədri Vahram Atanestan isə bildirib ki, Qarabağda ümumiyyətlə qondarma rejimin ləğvi prosesi gedir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button