Dünya

Qalstyan həbs edildi – Hədə-qorxu gələrək, pul tələb edirmiş

Ermənistanın “İctimai səs” partiyasının sədri Artak Qalstyan həbs olunacaq.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Qalstyan “Vətənin Gücü” partiyasının lideri Tiqran Arzakantsyandan hədə-qorxu ilə pul tələb etməyə cəhd etdiyi üçün saxlanılıb.

İrəvan birinci instansiya məhkəməsi onun iki ay müddətinə həbs edilməsi barədə vəsatəti təmin edib.

İstintaqın məlumatına görə, Qalstyan və həmin partiyanın fəxri sədri Vardan Qukasyan bir şəxsdən və gecə klublarından külli miqdarda pul qoparmaq barədə razılığa gəliblər. İlkin məlumatlara görə, onlar “Vətənin gücü” partiyasının lideri Tiqran Arzakantsyandan pul tələb ediblər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button