Dünya

Qalmaqallı qanun layihəsi Gürcüstan parlamentindən keçmədi

Bu gün Gürcüstan parlamentində qalmaqallı “Xarici agentlər haqqında” qanun layihəsi ikinci oxunuş üzrə səsverməyə çıxarılıb.

Jamaz.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qanun qəbul edilməyib.

Belə ki, layihənin lehinə 1, əleyhinə 35 deputat səs verib.

Buna baxmayaraq parlament binasının qarşısında etirazların davam etdiyi bildirilir.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button