Dünya

Qafanda əhaliyə evekuasiya hazırlığı keçirilir

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Qafan şəhərində, o cümlədən bütün Zəngəzurda yeni təlimlərə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin təlimlər “xəbərdarlıq, evekuasiya və sığınacağa yerləşmə” ilə bağlıdır.

Məlumatda bildirilir ki, yerli qurumlar əhaliyə müharibə şəraitində həyacan siqnalından sonra necə davranmaları izah edirlər. Onlara həmin vaxt necə sığınacağa getmələri və yerləşmələri, özləri ilə hansı zəruri əşyalar və ərzaqların götürülməsi barədə təlimat verirlər.  Həmçinin evekuasiya zamanı hansı addımların atılmasını da başa salırlar.

Qeyd edək ki, Ermənistan tərəfi durub duruduğu yerdə Azərbaycanla sərhəddə yaxın ərazilərdə belə təlimləri keçirməsi maraqlı və təəccüblüdür. Çünki nə müharibə var, nə də belə bir hadisə gözlənilir. Belə olan halda, ermənilərin evekuasiya təlimləri keçiməsi olduqca təəccüblüdür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button