Dünya

Qərb Ukraynaya “Patriot”dan sonra “Bradley” və “AMX-10RC” göndərir

Rusiyanın Ukraynaya hücumunun bir ilinə 50 gün qalmış ABŞ daha bir yardım təklif paketini açıqlamağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, Vaşinqton bir neçə gün əvvəl Kiyevə “Patriot” raket sistemləri verəcəyini açıqlamışdı.

Rəsmi Kiyev dünən təsdiq edib ki, “Patriot” havadan müdafiə sistemlərinin ilk partiyası artıq yoldadır. Tezliklə bu silahdan Rusiyaya qarşı istifadə edəcəklərini də vurğulayıblar.

Lakin Ağ Ev bir yardım paketini də açıqlayıb və məlum olub ki, tezliklə onlar Ukraynaya “Bradley” sirehli avtomobilləri də verməyi planlaşdırır. 1981-ci ildən bəri orduda istifadə olunan bu zirehli maşınlar tank əleyhinə raketlər və avtomatik toplarla təhciz olunublar. Bir çox üstünlüklərə malik “Bradley” SSRİ –yə qarşı mümkün müharibədə istifadə edilmək üçün istehsal edilib.

Lakin Ukraynaya daha bir şad xəbəri isə Fransa verib. Bu ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, “AMX-10RC” yüngül tankları verməyi qərarlaşıdırıb.

“AMX-10RC”lər radar sisteminə malikdir. Çətin ərazi şərtlərində rahatlıqla hərəkət edir. Körfəz müharibəsində istifadə edilən bu tanklar, Mərəkeş və Qətərə də satılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button