Dünya

Qərb Ukraynanı ayının pəncəsinə itələyir: Kiyevin xilası hansı ölkədədir? – ŞƏRH

“NATO və ABŞ kimi ölkələrə güvənmək Ukraynanı yarı yolda qoya bilər. Ukrayna özünə və Türkiyə kimi dostlarını satmayan, yarı yolda atmayan ölkələrə güvənməlidir və görünən odur ki, Kiyev indi məhz bu istiqamətdə addım atır”.
Bunu Qaynarinfo-ya açıqlamasnda politoloq Natiq Miri NATO-nun baş katibi Yens Stoltenderqin səsləndirdiyi “Rusiya Ukraynaya hərbi müdaxilə etmək qərarına gəlsə, onlar bunun əvəzini ödəməli olacaqlar və bunun ciddi nəticələri olacaq” fikrinə münasibət bildirərkən deyib.

 

“Rusiyanın Qara dəniz ekvatoriyasında olan əraziləri rahatlıqla işğal etməsinə NATO-nun hərəkətsizliyi səbəb olub. Rusiya yenə də həmin alətdən istifadə edir. Əvvəlcə hərbi böhran yaradır, sonra da ondan yararlanır. Rusiyanın yenidən Ukrayna ilə sərhədə yeni qoşun növləri, raket sistemləri, hərbi texnika yığdığı barədə informasiyalar gəlir. Bu addımlarla Moskva Ukraynanın Donbası azad etmək istəyini dayandırmaq və həmin ərazini ilhaq etmək istəyir”.
Həmsöhbətimizə görə, NATO-nun Moskvaya təzyiqləri yalnız sanksiyaları gücləndirməkdən ibarət olacaq:
“NATO konkret addımlar atmaq əvəzinə, Rusiyaya qarşı yalnız quru bəyanatlar verməklə kifayətlənir. Qurumun atdığı addımlar isə yalnız Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən ibarətdir. NATO belədə Ukrayna məsələsində də Rusiya ilə qarşı-qarşıya gəlməyəcək. Onların edə biləcəyi yeganə məsələ Ukraynaya öldürücü müasir silahlar verməklə dirənişi gücləndirməkdir”.
N. Miri düşünür ki, Kiyevi bu məsələdə xilas edə biləcək yeganə ölkə Türkiyədir:
“Artıq Ukrayna NATO məsələsində bəzi gerçəklikləri anladığından Türkiyə ilə münasibətləri ən yüksək strateji səviyyəyə qaldırmaq istəyir. Çünki Türkiyə heç zaman dostlarını atmayıb, məzlum xalqların yanında yer alıb. Ukraynaya ən ciddi müasir pilotsuz dronları verən ölkə də Türkiyədir. Ərdoğan da Moskva ilə Kiyev arasında vasitəçi olmağa hazır olduğunu bildirib”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button