Dünya

Putinlə Paşinyan Laçın yolundakı aksiya haqqında danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
Jamaz.info Qaynarinfo-ya istinadən xəbər verir ki, görüş zamanı Nikol Paşinyan Vladimir Putinlə müzakirə olunacaq ən vacib məsələni Laçın dəhlizindəki böhran olduğunu bildirib:
“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır” .
O xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır, Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verib: “Ancaq belə nəticəyə gəlmək olar ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Və təbii ki, mən bu vəziyyəti və onun həlli üçün hansı variantları müzakirə etmək istərdim”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button