Dünya

Putinin taxıl terroru: Anbarlar məhv edildi

Putin Ukraynada ərzaq ehtiyatlarını məhv etmək üçün Stalinin üsullarından istifadə edir.
Jamaz.info xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke Odessa vilayətinin cənubundakı çay limanlarına hücumu şərh edərkən bildirib.
“Rusiya sistematik olaraq Ukraynanın qida infrastrukturuna hücum etməkdə davam edir. Dünən gecə o, ölkənin ucqar cənub-qərbindəki limana hücum edərək yenidən buradakı taxılı məhv edib. Putin Stalinin bədnam “Qırmızı Terror”nub yolu ilə gedir”, – Repke qeyd edib.
Xatırladaq ki, ötən gecə Rusiya ordusu İrandan aldığı pilotsuz təyyarələrlə Ukraynanın Rumıniya ilə sərhədə yaxın ərazisindəki Dunay çayı limanlarına hücum edib. Pilotsuz təyyarələrin əksəriyyəti vurulsa da, bəziləri hədəfə çatıb. Bir neçə liman işçisi yaralanıb. Taxıl olan anqar məhv edilib, saxlama çənləri zədələnib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button