Dünya

Putin: “Ukraynaya silah tədarükünü dayandırın, yoxsa ağır cavabını alacaqsız”

Rusiyanın prezidenti Vladimir Putin bu gün Federal Məclisdə çıxış edərək, bir neçə mesaj verib. JAMAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərə gəlməsindən sonra dünyanın diqqəti Moskvaya yönəlmişdi. Çünki Putinin nə deyəcəyi mühüm əhəmiyyət kəsb edir.

Rusiya prezidenti çıxışı zamanı deyib ki, bütün günahlar Qərbdədir. “Donbasda problem həll etmək üçün hər şeyi sınaqdan keçirdik, bütün cəhdlərə baş vurduq. Lakin Qərb başqa bir sennari hazırladı”.

Putin iddia edib ki, hələ müharibədən əvvəl Ukrayna Qərbdən silah almaq üçün danışıqlar aparıb. O qeyd edib ki, Ukrayna indiki vəziyyətin baş verməsi üçün addım-addım hərəkət edib. “Biz Rusiyanın maraqlarını sonuna qədər qoruyacayıq. ABŞ isə birtərəfli qaydada razılaşmadan çıxdı. Beləliklə müharibəni də onlar başlatdılar. Biz isə gücdən istifadə edərək, müharibəni dayandırmağa çalışdıq”.

Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna münaqişəsini Rusiya ilə qlobal bir qarşıdurmaya çevirmək istəyir. “Rusiyanın mövcudluğu təhlükə qarşısındadır. Yerli toqquşmanı qlobal münaqişəyə çevirməyi planlaşdırırlar. Biz gedişatı bu cür başa düşürük. Ona görə də, müqavimət göstərəcəyik. Burada insanların yaşadıqları faciələr veclərinə deyil. Özlərini demokratiyanın mühafizəçisi və ya qoruyucusu kimi təqdim edərək, başqa ölkələrə etiketlər yapışdırırlar. Ukraynada baş verənlərin məsuliyyəti Qərbə aiddir”.

Putin daha sonra bildirib ki, müharibə davam edəcək. “Qərb Ukraynaya hərbi yardımlar edir. Biz Qərbə xəbərdarlıq edirik ki, bu fikirlərindən əl çəksinlər. Əgər dediklərimizə əməl etməsələr, Moskva tərəfindən ağır cavab alacaqlar”.

Rusiya prezidenti onu da iddia edib ki, “rus əsgərini döyüş meydanında məğlub etmək mümkün deyil”. “Ukrayna nə qədər uzaqmənzilli silahlar alsa belə, Rusiya həmin silahların yaradacağı təhlükələri sərhəddimizdən uzaqlaşdıracaq. Qərb “sərhədsiz güc” dərdindədir və buna çalışır. Üstəlik, bu niyyəti üçün Qərb Ukraynadan Rusiyaya qarşı istifadə edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button