Dünya

“Putin tezliklə ölə bilər” – Ukrayna kəfiyyatının rəhbəri

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya prezidenti Vladimir Putinin qəfil ölə biləcəyini bildirib.

Jamaz.info xəbər verir ki, Budanov “ABC News”a müsahibəsində Putinin ölümünün hətta müharibə bitmədən baş verə biləcəyini deyib.

“Əlbəttə, o, çox uzun müddətdir xəstədir”, – Budanov jurnalistin Putinin xəstə olub-olmaması barədə sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Putin xərçəng xəstəsidir. “Biz bunu gizli mənbələrdən bilirik”, – Budanov vurğulayıb.

Jurnalistin “Putin nə vaxt ölə bilər” sualına cavabında K.Budanov belə deyib:

“Mən çox tezliklə düşünürəm”.

O, həmçinin bildirib ki, “Müharibə Putinin ölümünə qədər bitməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button