Dünya

“Putin taxıl sazişinin uzadılmasına razılıq verdi” – Ərdoğan

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərzaq məhsullarının ixracına icazə verən Qara Dəniz Taxıl təşəbbüsünün davam etdirilməsinə razılıq verib.
Jamaz.info “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bildiyiniz kimi, biz avqustda Putini Türkiyədə qəbul etməyə hazırlaşırıq. Biz artıq Qara dəniz taxıl dəhlizinin davam etdirilməsi ilə bağlı razılığa gəlirik”, o deyib.
Ərdoğan həmçinin qeyd edib ki, BMT-nin baş katibi Antonio Qutyerreş Putinə Qara dəniz “taxıl sazişi”nin saxlanılması təklifi ilə məktub göndərib.
“Bu məktubla biz və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizinin davam etdirilməsinə zəmanət veririk. Beləliklə, biz Putinlə birlikdə olduğu kimi, inkişaf etməmiş kasıb Afrika ölkələrinin problemlərini də həll etməyə davam edəcəyik”, deyə Türkiyə prezidenti əlavə edib. (Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button