Dünya

Putin Paşinyanla görüşməkdən imtina edib?

“Hələlik irəli getməyək. Bəzi planlar müzakirə olunur. Müzakirə başa çatan kimi biz müvafiq bəyanatla çıxış edəcəyik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya və Ermənistan liderlərinin birgə görüşünün keçirilməsi məsələsi hələlik bəlli deyil. Peskov həmçinin danışıqların mümkünlüyü barədə hər hansı bir söz deyə bilməyəcəyini də qeyd edib.

Bildirək ki, bəzi rus mediası Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri zamanı prezident Vladimir Putinlə görüşməyəcəyinə dair məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, bunu Putinin özü istəyib. Nəşrlər Ermənistan rəhbərinin son zamanlar atdığı addımların Rusiyanın maraqlarını ifadə etməməsi, bir çox hallarda zidd olmasını səbəb göstəriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button