Dünya

Putin mətbuat konfransını niyə təxirə saldı? – Kəşfiyyat məlumatı

Kreml Ukraynadakı müharibə ilə bağlı narazılığın özünü büruzə verməməsi üçün ilin sonunda Rusiya prezidenti Vladimir Putinin yekun mətbuat konfransını keçirməkdən imtina edib.

Jamaz.info xəbər verir ki, bu fikir Britaniya Müdafiə Nazirliyinin son icmalında ifadə olunub.

İcmalda xüsusilə qeyd olunur ki, Kreml Putinin son 10 ildə ilk dəfə belə bir mətbuat konfransı keçirməyəcəyini təsdiqləyib.

Britaniya kəşfiyyatı bildirib ki, bu mətbuat konfransı Putin üçün əhəmiyyətli tədbir sayılırdı, çünki Kreml rəhbəri həmişə özünün ictimaiyyətə açıq olduğunu nümayiş etdirdi.
“Mətbuat konfransı üçün suallar vaxtından əvvəl yoxlansa da, tədbirin ləğvi görünür, Rusiya Federasiyasında müharibə əleyhinə əhval-ruhiyyənin yayılması ilə bağlı artan narahatlıqlarla əlaqədardır. Kreml Putinin mətbuat konfransında “xüsusi hərbi əməliyyat” barədə icazəsiz müzakirələrin ola biləcəyindən çox ehtiyatlanıb”.
Xatırladaq ki, dekabrın 12-də Putinin mətbuat katibi Dmitri Peskov bu il Kreml rəhbərinin yekun mətbuat konfransı keçirməyəcəyini təsdiqləyib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button