Dünya

Putin Ərdoğanla “Taxıl sazişini” müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Taxıl sazişi” ilə bağlı mövqeyini açıqlayıb.

Jamaz.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, indiki şəraitdə “taxıl sazişi”nin növbəti müddətə uzadılması mənasını itirib. Qərbin Rusiya qarşısında həmin müqavilələrdə qeyd olunan bütün öhdəlikləri yerinə yetirdiyi təqdirdə İstanbul müqavilələrinə qayıtmağın mümkünlüyü qeyd olunub.
Həmçinin vurğulanıb ki, ərzağa daha çox ehtiyacı olan ölkələrin ehtiyacları nəzərə alınmaqla, Rusiya taxılının, o cümlədən əvəzsiz əsaslarla tədarükünün etibarlı variantları üzərində iş aparılır. Bu yaxınlarda Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitində bu məsələ əsaslı şəkildə müzakirə olunub. Türkiyə və digər maraqlı dövlətlərlə bu sahədə əməkdaşlıq əhvali-ruhiyyəsi ifadə olunub.
Rusiya-Türkiyə tərəfdaşlığının gündəliyini müzakirə edərkən liderlər ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərinə, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsinə, eləcə də, turizm sənayesində əməkdaşlığa diqqət yetiriblər. Hər iki tərəf 2022-ci ildə demək olar ki, iki dəfə artmış ticarətin davamlı artımından məmnunluq ifadə edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası ərazisində meşə yanğınlarının söndürülməsində göstərdiyi köməyə görə Rusiya rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Müxtəlif səviyyələrdə, o cümlədən iki liderin mümkün görüşünə hazırlıq kontekstində təmasların davam etdirilməsi razılaşdırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button