Dünya

“Prezident olsam, müharibəni 24 saata həll edəcəm” – Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.

Jamaz.info xəbər verir ki, Trampın fikrincə, o, prezident olarsa, münaqişəni 24 saat ərzində həll edəcək.

“Putinlə görüşəcəyəm, Zelenski ilə görüşəcəyəm. Onların hər birinin öz zəif və güclü tərəfləri var və 24 saat ərzində həll olunacaq, bitəcək”, – deyə eks-prezident bildirib.

O, Putinin çox ağıllı olduğunu qeyd edib: “Putin çox ağıllıdır, amma mənim fikrimcə, ciddi səhv etdi. Onun səhvi  işğala başlamaqdır. Mən prezident olsaydım, bunu etməzdim”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button