Dünya

Prezident göstəriş verdi: Ordu hazır vəziyyətə gətirildi

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo və Metoxiyadakı vəziyyətə görə Serbiya ordusunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.

Jamaz.info xəbər verir ki, Serbiyanın dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı Aleksandr Vuçiç Serbiya ordusu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə qaldırılması haqqında sərəncam imzalayıb. Kosovo və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməyə göstəriş verib.

Bildirilir ki, buna səbəb Priştina hakimiyyətinin yerli serblərin boykot etdiyi Kosovonun şimalında aprelin 23-də keçirilən yerli seçkilərdən sonra albanların merləri tərəfindən bölgənin şimalına yerləşdirmək cəhdi olub. Məlumata görə, Vuçiç NATO-dan Kosovo və Metoxiyada serblərə qarşı zorakılığı təcili dayandırmağı da tələb edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button