Dünya

Polşa Ermənistanda Aİ missiyasında iştirakını artıracaq

Polşa Ermənistanda Aİ missiyasında müşahidəçilərinin iştirakını genişləndirməyi planlaşdırır.

Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Polşa-Ermənistan dostluq qrupunun rəhbəri Radoslav Vogelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən məlumat verilib.

Ermənistan qanunverici orqanının İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Departamentinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin dinamik inkişafı qeyd olunub.

Bildirilib ki, spiker parlamentlərarası əməkdaşlığın Ermənistan-Polşa dövlətlərarası münasibətlərində mühüm format olduğunu vurğulayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button