Dünya

Peskov Çinə cavab verdi – Bununla razılaşmırıq

Kremlin sözçüsü Dmitri Peskov müharibə ilə bağlı açıqlamalar verib.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, Peskov vəziyyətin yaxın vaxtlarda dinc məcraya keçməyəcəyini bildirib.

“Rusiya Ukraynada öz məqsədlərinə nail olmağa davam edir. Vaşinqton Ukraynada müharibəni dayandırmaq istəmir və onu davam etdirmək üçün hər şeyi edir. Ukraynada vəziyyətin dinc məcraya keçməsi üçün heç bir ilkin şərt yoxdur. Rusiya Federasiyası neftin heç bir “tavan qiyməti”ni tanımayacaq və öz maraqlarına zərər dəyməməsi üçün tədbirlər görüb. Rusiya Pekinin Ukrayna ilə bağlı mövqeyinə böyük diqqət yetirir”, – deyə mətbuat katibi söyləyib.

Peskov Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı böhrana gözəgörünməz əlin rəhbərlik etməsi barədə açıqlaması ilə razılaşmayıb: “Biz bu mövzuda razılaşmırıq. Bu, ABŞ-ın görünən əlidir, Vaşinqton bu müharibənin bitməsini istəmir”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button