Dünya

“Patriot” sistemləri Ukraynaya gətirildi

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gətirilib.

Jamaz.info xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

“Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya gətirilib”, – deyə o bildirib. Blaşçak qeyd edib ki, müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avroluq silah ötürüb.

Xatırladaq ki, fevral ayında Ukrayna hərbçiləri Almaniyada “Patriot”la bağlı təlimlərə başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button