Dünya

Paşinyanın oğlunu “oğurlayan” əsgər anası aclıq aksiyasına başladı

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması işi üzrə saxlanılan 44 günlük müharibədə ölmüş əsgərin anası Qayane Akopyan aclıq aksiyasına başlayıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə müxalifətçi deputat Aqnes Xamoyan məlumat verib.

“O, istintaq təcridxanasında olarkən aksiyanı dayandırmaq niyyətində deyil. Qadın özünü yaxşı hiss etmir, lakin Aşot Paşinyanın niyə maşından düşməsi ilə bağlı suallara cavab vermək üçün üzləşməni gözləyir”, – deyə o bildirib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button