Dünya

Paşinyandan səfirlərə tapşırıq: Laçın yolu ilə bağlı işi gücləndirin!

Cermukda Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbərliyi altında respublikanın xaricdəki səfirlərinin işçi görüş keçirdiyi haqda məlumat verilmişdi.
Görüşün təfərrüatları bu gün açıqlanıb.

Jamaz.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş naziri Nikol Paşinyan səfirlərlə söhbət zamanı Ermənistanın xarici siyasət prioritetlərinə, mövcud çağırışlara və onların həlli imkanlarına toxunub, hazırkı şəraitdə diplomatlardan gözləntilərindən danışıb. Nikol Paşinyan sualları da cavablandırıb.
Diplomatlar daha sonra Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Qarabağ probleminin həlli, Laçın dəhlizinin bağlanması, sərhədlərin təhlükəsizliyi və demarkasiyası məsələlərini müzakirə ediblər.
Müzakirələr zamanı həmçinin, regionda iqtisadi və nəqliyyat kommunikasıyalarının açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, eləcə də Ermənistan Respublikasının xarici siyasət prioritetləri ilə bağlı digər məsələlər kontekstində davam edib.
Səfirlərə müvafiq tövsiyələr verilib, Laçın yolundakı vəziyyətlə bağlı fəaliyyətlərini gücləndirmək tapşırılıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button