Dünya

Paşinyandan Rusiyanı qəzəbləndirəcək açıqlama: İrəvan qapılarını KTMT-yə bağlayır

Ermənistan bu il respublika ərazisində KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.

Jamaz.info xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.

Paşinyanın sözlərinə görə, bu məsələdə müəyyən anlaşılmazlıq var, çünki Ermənistanın müdafiə naziri artıq KTMT-nin Birgə Qərargahına məlumat verib ki, erməni tərəfi bu il Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmir. O bildirib ki, bu təlimlər baş tutmayacaq.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button