Dünya
Paşinyana qarşı etiraz aksiyası keçirilir
Ermənistanda 44 günlük müharibədə ölmüş əsgərlərin ailələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.
Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, aksiya Ermənistan parlamentinin qarşısında təşkil olunub.
Etiraz aksiyasının təşkilatçısı “Birgə” hərəkatıdır. Paşinyana etiraz edənlər arasında saxlanılanlar barədə məlumat verilməyib.