Dünya

Paşinyan yaxınlarına qarşı yoxlama başlatdı – Kimi “qurban” verəcək?

Nikol Paşinyanın öz komanda yoldaşlarına etimadsızlığı pik həddə çatıb.

Jamaz.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarına kimin və nə qədər varlandığını bilmək üçün “Mülki Müqavilə”nin nümayəndələrinin, onların qohumlarının və onlarla əlaqəli şəxslərin, o cümlədən dostlarının əmlakı məsələsini öyrənməyi tapşırıb”, – nəşr yazır.

Qeyd olunur ki, Paşinyan komandasının bütün üzvləri ilə bağlı dosye toplamaq və onları daim qorxu içində saxlamaq qərarına gəlib.

Qəzetin yazdığına görə, ola bilsin ki, Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentə hansısa deputatın toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı müraciət etsin. Lakin bu dəfə “qurban” hakim fraksiyadan olacaq.

“Fraksiya üzvləri artıq bu məlumatı fəal müzakirə edərək, kimin “qurban” olacağını anlamağa çalışırlar. İki namizəd var: keçmiş səhiyyə naziri Arsen Torosyan və müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan”, – deyə mənbə bildirib.

Qeyd olunur ki, Torosyanın namizədliyi onun səhiyyə naziri işlədiyi pandemiya dövründə sui-istifadəyə görə cinayət işi açıldığı üçün müzakirə edilib. Bundan başqa, “Mülki müqavilə” partiyasının idarə heyətinə seçkilər zamanı saxtakarlıqları ifşa edən də məhz Torosyan olub.

Amma sabiq müdafiə nazirinin müavini, deputat Qaqik Melkonyanın cəzalandırılmasına səbəb onun Müdafiə Nazirliyinin sabiq rəhbəri, “Hayastan” fraksiyasının lideri Seyran Ohanyanın xəstəlik bəhanəsi ilə mandatdan məhrum edilməsi ilə bağlı səsvermədə iştirak etməməsi ola bilər.(Publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button