Dünya

Paşinyan təcili Təhlükəsizlik Şurasını topladı

Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının (TŞ) toplantısını keçirib.

Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclas növbədənkənar qaydada çağırılıb.

Bildirilib ki, iclasda Ermənistan prezidenti Vahaqn Xaçaturyan, parlamentin spikeri Alen Semonyan, baş nazirin aparatının rəhbəri Arayik Harutunyan, parlamentdəki hakim “İctimai Müqavilə” fraksiyasının rəhbəri Hayk Koncaryan iştirak edib.

Növbədənkənar iclasda regiondakı vəziyyət və Laçın yolundakı hadisələr ətrafında müzakirələr aparılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button