Dünya

Paşinyan növbədənkənar seçkilərə getməsinin səbəbini açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinə getmək barədə qərarının səbəbini açıqlayıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb.

O qeyd edib ki, bu, onun məsuliyyətdən yayınmamasının göstəricisidir.

“Mən heç zaman məsuliyyətdən qaçmamışam, buna görə də növbədənkənar seçkilər oldu. Ölkədə baş verən hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır”, – Paşinyan deyib.

Ermənistan baş naziri müxalifətin tənqidlərinə münasibət bildirərək ölkənin inkişafı üçün çalışmağın lazım olduğunu diqqətə çatdırıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button