Dünya

Paşinyan Netanyahuya məktub yazdı – İran isə susur

Ermənistanın baş naziri Nikol Paşinyan israilli həmkarı Benyamin Netanyahuya ölkəsinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Jamaz.info erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyan məktubda ikitərəfli münasibətlərin inkişafından bəhs edib. “Bu ilkin şərtlər arasında əsrlər boyu müqəddəs torpaqlarda yaşayan, öz dini strukturlarına malik erməni icması, eləcə də erməni cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi icması da var ki, onlar da öz növbəsində, bütövlükdə xalqın qüdrətini qorumaq üçün mühüm səylər göstərirlər”.
Qeyd edək ki, İran Azərbaycanı “sionist rejim”in bölgədə mövcudluğuna və İsraildə səfirliyimizin açılmasına görə əsassız ittiham edir. Lakin Ermənistanın Tel-Əvivdə çoxdan səfirliyi var və Paşinyan da yəhudi baş nazirə məktub göndərib. O zaman Tehran qardaşı saydığı İrəvana niyə “gözün üstə qaşın var” demir?!(Tribunainfo.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button