Dünya

Paşinyan nazir müavinini İstanbula göndərir

Ermənistan daxili işlər nazirinin müavini Ara Fidanyan İstanbula rəsmi səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, səfərin məqsədi Türkiyədə İnterpolun 89-cu sessiyasında iştirak etməkdir.

Hökumətin rəsmi xəbər portalında yayımlanmış məlumatda deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı sərəncam imzalayıb. Orada qeyd olunur ki, Fidanyan İstanbula 21 noyabrda gedəcək və 26 noyabrda geri dönəcək.

Qeyd edək ki, Ermənistan hökuməti uzun illərdən bəri İrəvanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməyib. Paşinyanın bu addımı Türkiyəyə qarşı ilk addım hesab olunur və münasibətlərin normallaşması üçün verilən müsbət siqnallardan sayılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button