Dünya

Paşinyan müdafiə nazirini cəzalandırdı

Ermənistanda hakim “Mülki müqavilə” partiyası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə İdarə Heyətinin iclasını keçirib.

Jamaz.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, partiyada yeni sədr müavinləri seçilib. Əvvəllər partiya rəhbərliyində təmsil olunan müdafiə naziri Suren Papikyan bu dəfə kənarda qalıb.

Vaaqn Aleksanyan və Gevorq Papoyan partiya sədrinin müavinləri seçilib.

Vaaqn Aleksanyanın parlamentdə müxalifətə qarşı ən sərt davranışı ilə seçilən şəxslərdən biri olduğu vurğulanır.

Ermənistan KİV-i yazır ki, Nikol Paşinyan müdafiə naziri Suren Papikyanı partiya rəhbərliyindən kənarlaşdırmaqla onu cəzalandırıb. Paşinyanın Papikyanı baş nazirliyə mümkün namizəd kimi gördüyündən, son vaxtlar iddialı davranış sərgiləyən rəqibini indidən zərərsizləşdirmək qərarına gəldiyi bildirilir.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button