Dünya

Paşinyan: “Ermənilərin Qarabağdan çıxarılması İrəvanın əsas planı deyil”

Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər, ermənilərin Dağlıq Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil.  Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

“Yəni indiki vəziyyət belə davam edərsə. Bəli, hazırda bu qeyri-mümkünlüyün olduğunu düşünürük. Vəziyyət yaxşılaşmasa, o zaman problem gündəmimizdə olacaq. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hələ sentyabrın 19-da, aksiyaların başlandığı gün mən baş nazir müavini Tiqran Xaçatryana göstəriş verdim ki, hökumət tərəfdaşları ilə Dağlıq Qarabağdan insan axını halında həmvətənlərə necə kömək etmək məsələsini müzakirə etsin”, – Paşinyan bildirib.
O, bir daha xatırladıb ki, 40 mindən çox yaşayış yeri hazırlanıb, ərzaq və dərmanla bağlı məsələlər öz həllini tapıb. “Biz hazırıq və hazırlaşmağa davam edirik. Bu, Dağlıq Qarabağdakı həmkarlarımızla razılaşdırılmış mövqedir”.

Baş nazir əvvəlki kimi bəyan edib ki, A planı ermənilərin Dağlıq Qarabağdan çıxarılması deyil. Hakimiyyət hər şeyi etməlidir ki, ermənilər öz evlərində qorxmadan, ləyaqətlə yaşasınlar. BMT Təhlükəsizlik Şurasının iclasında məhz bu məsələ müzakirə olunub.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal hərbi tədbirlərə başlayıb. 24 saat çəkən əməliyyat separatçı rejimin kapitulyasiyası ilə başa çatıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button