Dünya

Paşinyan erməni xalqına müraciət edəcək: “Bütün suallara cavab verməyə hazıram”

Ermənistanın baş naziri Nikol Paşinyan sabah özünün Facebook hesabı vasitəsi ilə ölkə əhalisi, KİV və QHT rəhbərlərinin bütün suallarını cavablandıracaq. JAMAZ.İNFO xəbər verir ki, erməni baş nazir suallara 23 noyabr, saat 20:00-da start verəcək.

O hesabında yazıb: “Hörmətli həmvətənlər, hörmətli KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri. Sabah 23 noyabr saat 20.00-da Facebook səhifəmdə media və qeyri-hökumət təşkilatlarının suallarını cavablandıracam. Sual-cavab sessiyasının müddəti 1,5-2 saat olacaq”.

O həmçinin bildirib ki, bütün suallara cavab verməyə hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button