Dünya

Paşinyan erməni kilsəsini heçə saydı

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə İrəvanda Müqəddəs Qriqori İlluminator kilsəsində keçirilən Milad mərasimində iştirak etməyib.

Jamaz.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, ümumiyyətlə mərasimə hökumətin heç bir nümayəndəsi qatılmayıb. Hətta prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da dini ayinə gəlməyi lazın bilməyib.

Ermənistan KİV-ləri hökumətin bu davranışını Erməni Apostol Kilsəsinə sayğısızlıq kimi qiymətləndirib.

“Artıq 3-cü ildir ki, hakimiyyət Milad mərasiminə qatılmır, bu da Apostol Kilsəsinə, bütün ermənilərin katolikosuna və ümumilikdə inanca açıq hörmətsizlikdir”, – deyə “Hraparak” qəzeti yazıb.

Hakim elitanın nümayəndələri isə heç bir dəvət almadıqlarını və buna görə də mərasimdə iştirak etmədiklərini iddia edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button