Dünya

Papa Avropaya səsləndi: Bu ölkədən əl çəkin, talanı dayandırın

Roma Papası 38 ildən sonra Konqoya gəlib.

Jamaz.info “CNN Türk” kanalına istinadən xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk Afrika turuna çıxıb və o, səyahət çərçivəsində birinci dayanacağı olan Konqo Demokratik Respublikasına gəlib.

Bildirilir ki, bu, Papanın Konqo Demokratik Respublikasına 1985-ci ildən bəri ilk səfəridir.

Çıxışında ölkəni xaraba qoyan münaqişələri pisləyən Roma Papası Konqo xalqını zorakılıq və nifrəti rədd edərək, nəzarəti öz əllərinə almağa çağırıb.

Dünyanı keçmişdə törədilən “fəlakətli” ədalətsizlikləri etiraf etməyə və təbii sərvətlərin davam edən talanına son qoymağa səsləyən Papa, “Konqo Demokratik Respublikasından, Afrikadan əl çəkin. Afrikanı boğmağı dayandırın. Bura nə qarət olunacaq mədəndir, nə də talan ediləcək torpaq. Qoy Afrika öz taleyinin qəhrəmanı olsun”, – deyə bildirib.

Roma Papası nitqində bir çox Konqolu uşaqların hələ də məktəbə getmədiyini vurğulayaraq, onların istismara və mədənlərdə qul əməyinə məruz qalmasına da diqqət çəkib:

“Uşaqlar, qızlar və bütün gənclər gələcəyə ümidi təmsil edirlər. Gəlin bu ümidin boğulmasına imkan verməyək, əksinə, onu ehtirasla bəsləyək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button