Dünya

“Özbəkistan qaz ittifaqına qoşulmaqda maraqlıdır”

Rusiya baş nazirinin müavini Aleksandr Novak rəsmi Daşkəndin Rusiya-Qazaxıstan-Özbəkistan üçtərəfli qaz ittifaqına qoşulmaqda maraqlı olduğunu açıqlayıb.

Jamaz.info  “TASS”a istinadən xəbər verir ki, A.Novak bununla bağlı dialoqun davam etdirilməsinə dair razılıq əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, bu barədə Rusiya baş naziri Mixail Mişustinin Özbəkistan paytaxtı Daşkənd şəhərinə səfəri çərçivəsində iki ölkənin hökumət başçıları səviyyəsində keçirilmiş birgə komissiyanın iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ötən ay Rusiyaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin tərəfindən Rusiya-Qazaxıstan-Özbəkistan üçtərəfli qaz ittifaqının yaradılması təklifinin irəli sürüldüyü bəyan edilmişdi.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button