Dünya

Onlar Gürcüstanı nəzarətə götürməyə çalışır – İddia

“Gürcüstanda etirazlar fonunda Qərbin əsas vəzifəsi ölkə hakimiyyətini anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur etməkdir”.

Jamaz.info xəbər verir ki, bunu millətlərarası münaqişələr üzrə rusiyalı ekspert, Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov deyib.

“Aydındır ki, qərbyönlü qüvvələr Gürcüstanda Rusiyaya təzyiq göstərir. Əsas səbəb anti-Rusiya sanksiyalarına qoşulmaqdır. Gürcüstan cavab verdi ki, bununla razılaşa bilməz. Tarixi əlaqələri və ölkənin əldə etdiyi müəyyən güzəştləri nəzərə alaraq, Rusiya ilə mübahisə etmək istəmirlər. Yerli hakimiyyət orqanları müstəqil qərarlar qəbul etməyə çalışırdılar. Məsələn, Rusiyadan uçuşların bərpasından danışdıq. Bütün bunlar, əlbəttə ki, ABŞ-ı qəzəbləndirir. Onlar cəzalandırmağa və ölkəni nəzarətə götürməyə çalışırlar”, – deyə Mixaylov bildirib.

Ekspertin fikrincə, etirazların təşkilatçıları üçün ölkə hakimiyyətinin devrilməsi ilkin şərt deyil.

“Onlara uyğun gələn başqa bir variant, Gürcüstanın, sadəcə olaraq açıq-aşkar anti-Rusiya mövqeyi tutmasıdır”, – Y.Mixaylov deyib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button