Dünya

Ölkə liderləri 3 illik fasilədən sonra görüşəcəklər

Yaponiya və Çin liderləri 3 ildən sonra bir araya gələcək.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Çin lideri Si Cinpin Yaponiyanın baş naziri Fumio Kişida ilə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Sammitində görüşəcək.

Görüş zamanı ikitərəfli və regional münasibətlərdə diplomatiya imkanları, o cümlədən Tayvan boğazı ətrafındakı problemlərin dialoq yolu ilə həll variantları müzakirə ediləcək.

ASEAN sammiti 10-13 noyabr tarixlərində Kambocanın paytaxtı Pnompendə keçiriləcək.

Qeyd edək ki, hər iki ölkə lideri 3 illik fasilədən sonra bir araya gələcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button