Dünya

Navalnı “Quran” oxumaq istəyir, həbsxana rəhbərliyi isə eybəcər arqument gətirib

Rusiya müxalifətinin lideri Aleksandr Navalnı həbsxanada “Qurani Kərim” kitabını oxumaq istədiyini və bununla bağlı həbsxana rəhbərliyinə müraciət etdiyini bildirib. JAMAZ.İNFO xəbər verir ki, Navalnı bununla bağlı açıqlamasında qəribə vəziyyətlə üzləşdiyini bildirib.

O qeyd edir ki, bir xristiyan olaraq başqa dinləri öyrənmək, həmin dinlər haqqında geniş bilgiyə sahib olmaq istəyir. Bunun üçün indiyə qədər bütün dinlərin müqəddəs kitablarını, o cümlədən müsəlmanların müqəddəs kitabı olan “Qurani Kərim”i də oxuyub. Lakin “Quran”ı bir dəfə oxusa da, tam mənasında anlamayıb. Və ona görə, yenidən müqəddəs kitabı oxumaq qərarına gəlib.

JAMAZ.İNFO xəbər verir ki, Navalnının həbsxana rəhbərliyinə göndərdiyi müraciətə verilən cavab, təkcə onu yox, elə dünyanın əksər insanlarını heyrətə salıb. Belə ki, həbsxana rəhbərliyi bildirib ki, “Quran”ı ona oxumağa verə bilməzlər. “Arqument”ləri isə daha biabırçı olub: “Mətni ekstremizm məzmunu üzrə təftiş etdirildikdən sonra veriləcək”.

Qeyd edək ki, dünyanın heç bir ölkəsində bu cür biabırçı yanaşma yoxdur. Çünki “Quran” kitabı heç bir ölkədə ekstremizmi təbliğ edən kitab olaraq tanınmır. Və bütün dünya ölkələrində oxunması azaddır.

Həqiqətən də Rusiya haqqında deyilən bu deyim doğrudur: “Ağılla Rusiyanı dərk edə bilməzsən”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button