Dünya

“NATO Ukraynanı alyansa dəvət etməyə belə hazır deyil” – Zelenski əsəbiləşdi

Zelenski NATO-nun Ukrayna ilə bağlı mövqeyi barədə kəskin açıqlama verib.

Jamaz.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında bəyanat dərc edərək, NATO-nun Vilnüs sammitinin yekun kommünikesinin müzakirə olunan mətni barədə kəskin danışıb.

“Həm dəvət, həm də Ukraynanın üzvlüyü üçün vaxt çərçivəsinin olmaması absurddur”, – deyə Zelenski yazıb.

O bəyan edib ki, bu yolla NATO nəinki Ukraynanı alyansa üzv etməyə, hətta onu alyansa dəvət etməyə belə hazır deyil.

“Nəticədə, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı sövdələşmə ehtimalı qalır”, – deyə Zelenski davam edib və bildirib ki, bu, Rusiya üçün münaqişəni davam etdirmək üçün motivasiya olacaq.

“Qeyri-müəyyənlik zəiflikdir” deyən Zelenski bunu sammitdə açıq şəkildə müzakirə etmək niyyətində olduğunu diqqətə çatdırıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button