Dünya

NATO Soyuq müharibədən sonra ilk dəfə Rusiya ilə açıq münaqişə planı hazırlayır

Ölkələr hərbi planlaşdırmada köklü islahatlara başlayır və Soyuq müharibədən sonra ilk dəfə olaraq Rusiya ilə açıq silahlı qarşıdurma üçün ətraflı planlar hazırlamaq niyyətindədir.
Jamaz.info “Reuters”ə istinadən xəbər verir ki, Rusiyanın hücumundan müdafiə zərurəti yarandığı halda hərəkətləri əks etdirəcək minlərlə səhifəlik məxfi sənədləri alyansa üzv dövlətlərin liderləri iyulda Vilnüsdə keçiriləcək sammitdə təsdiqləmək niyyətindədirlər.
Planlar həm qoşunların gücləndirilməsini, həm də logistikanı əhatə edəcək və tamamlanması bir neçə il çəkə bilər.
“Müttəfiqlər hansı qüvvələrə və imkanlara ehtiyac olduğunu, harada, nəyi və necə yerləşdirməyi dəqiq biləcəklər”, – NATO-nun baş katibi Yens Stoltenberq SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq alyansın diviziya və briqadalarının konkret regionların müdafiəsinə həvalə ediləcəyi sənədlərin hazırlanmasını şərh edərkən izah edib.
Krımın Rusiya tərəfindən ilhaqından sonra NATO çevik reaksiya qüvvələrinin sayını bir neçə dəfə, keçən il isə təxminən 8 dəfə – 40 min nəfərdən 300 min nəfərədək artırıb. Çoxmillətli taborlar əvvəlcə üç Baltikyanı ölkə və Polşada, sonra isə Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yerləşdirilib.
Hazırda İkinci dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə generalları onilliklər ərzində etmədiyi işlərə – NATO qoşunlarının iştirak etdiyi Əfqanıstan və İraqdakı əməliyyatlardan tamamilə fərqli miqyaslı müharibəyə hazırlaşmağa məcbur edir.
“Biz hər an münaqişənin başlayacağına hazır olmalıyıq”, – hərbi blokun ən yüksək rütbəli komandirlərindən biri olan admiral Rob Bauer deyir.
Sovet dövründən fərq ondadır ki, NATO bu dəfə Rusiya və müttəfiqləri ilə tammiqyaslı nüvə müharibəsinə hazırlaşmır, onların əksəriyyəti artıq alyansın üzvüdür, – Birgə Avropa komandanlığının qərargahından NATO tarixçisi Yan Houp qeyd edir.
“Biz Soyuq müharibə dövründə birləşmiş qüvvələrin (NATO) Varşava müqaviləsi ölkələri tərəfindən eyni zamanda hücuma məruz qalacağı müharibə növünü proqnozlaşdırmırıq”, – Houp deyir. O əlavə edir ki, bunlar daha çox ehtimal olunan regional münaqişələrdir və burada qoşunların sürətli yerləşdirilməsi tələb olunur.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button