Dünya

NATO-nun bütün ölkələri Rusiyaya qarşıdır – Putindən etiraf

“Hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır”.

Jamaz.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib.

O qeyd edib ki, NATO ölkələri Ukraynaya dəstək olur: “Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur. Bu məlumdur”.

Putin ordu rəhbərliyi qarşısında çıxışı zamanı ölkəsinin atdığı addımlardan da danışıb.

“Hazırda 300 min səfərbər olunmuş canlı qüvvənin 150 mini poliqonlarda hərbi təlim keçir. Digər yarısı – 150 min nəfər isə döyüş əməliyyatları zonasındadır. Düşünürəm ki, bu kifayətdir. Lakin hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır”, – Rusiya lideri bildirib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button